Proses Təhlükəsizliyinin Əsasları / İdarəetməsi

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlara görə hər kəsin təhlükəsiz iş prosedurlarını, qarşılaşa biləcəyi təhlükələri və işi təhlükəsiz yerinə yetirmək və idarə etmək üçün tələbləri bilməsinə hər zaman ehtiyac vardır.

“İşə Nəzarət” təlim kursları, neft və qaz, inşaat, kimya, gəmiqayırma və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “İşə Nəzarət” kateqoriyasına daxil olan təlim kursları Təhlükələrin Müəyyənləşdirilməsi və Riskin Qiymətləndirilməsi, Ərazi və İcra üzrə Səlahiyyətli Şəxs, Qapalı Sahə, Qaz Sınağı, Təcridetmə və s. bacarıqlardan istifadə edərək təhlükələri müəyyənləşdirmək və qarşısını almaqla yüksək riskli fəaliyyətlərin idarə olunması üçün bilik və bacarıqları təmin edir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU

  • Giriş
  • Məqsədlər və nəticə
  • Dərs 1: Proses Təhlükəsizliyi
  • Dərs 2: Proses Təhlükəsizliyi İdarəetmə Standartı
  • Dərs 3: Proses Təhlükəsizliyi haqqında Məlumat
  • Dərs 4: Proses Təhlükələrinin Analizləri
  • Dərs 5: Əməliyyat Prosedurları
  • Dərs 6: İşçilərin İştirakı və Təlimi
  • Dərs 7: Podratçılar
  • Dərs 8: Mexaniki bütövlük
  • Dərs 9: İşə İcazə
  • Dərs 10: Dəyişikliklərin İdarə olunması
  • Dərs 11: Qəza və Hadisələrin Araşdırılması
  • Dərs 12: Təcili Yardım
  • Dərs 13: Ticarət Sirləri
  • Dərs 14: Uyğunluq Auditləri
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim