İlk Yardım (Üstün Səviyyə)

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlara görə, təşkilatların fövqəladə halların qarşısını almaq üçün prosedur və plan hazırlanması və hər hansı bir hadisə baş verməsi zamanı hazırlıqlı olması tələb olunur.

“Təcili Müdaxilə” təlim kursları, neft və qaz, inşaat, kimya, əczaçılıq, qida sənayesi, gəmiqayırma və s. ilə məhdudlaşmayan müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə dizayn edilmişdir. “Təcili Müdaxilə” kateqoriyasına daxil olan təlim kursları, fövqəladə halların qarşısını almaq məqsədilə yanğın söndürmə, ilk yardım, qapalı sahədən xilasetmə, hündürlükdən xilasetmə, sudan xilasetmə və s. bacarıqları təmin edir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • İlk yardımın tərifi. 2-ci səviyyəli ilk yardım dəstinin tərkibi və ondan necə istifadə etməli. 
  • İlk yardımın məqsəd və hədəfləri. Əsas gigiyena, qanla keçən patogenlərin önlənməsi və digər əlaqədar təhlükələr. Müvafiq təhlükəsizlik məlumatlarınin siyahısı.
  • Tənəffüs və qan-damar sistemlərinin anatomiyası və fiziologiyası
  • Hadisə yerinin qiymətləndirilməsi və təkrar qəzanın önlənməsi (özünüz də daxil olmaqla) (D), Fövqəladə çağırış prosedurları (R), Xəsarət və ya xəstəliyin təfərrüatlarını aydın çatdırma bacarığı
  • İlk məlumat ardıcıllığı (QD-NY- T) qan dövranı, nəfəs yolu, tənəffüs)
  • Huşsuz insana yardım. Xəstəyə ilk yardım vəziyyətinin tətbiqi
  • Ürək-ağ ciyər reanimasiyası (Süni nəfəsvermə) 
  • Avtomatlaşdırılmış xarici defibrillatordan istifadə
  • Qanaxmanın idarə olunması. Qanaxmaya əsas nəzarət
  • Sadə yaraların idarə olunması. Sadə sarğıların tətbiqi
  • Gözün xəsarət alması. Gözə düşmüş xarici cisimlərin və kimyəvi sıçrantıların yuyulması
  • Həm isti, həm də kimyəvi yanıqların ilkin müalicəsi. Batma.
  • Xəstəliklərin və kəskin tibbi vəziyyətin ilkin müalicəsi
  • Boğulma
  • Şokun, hipotermiayanın və günvurmanın müalicəsi
  • Yumşaq toxumaların zədələnməsi. Sınıqlar. Baş və bel sütunu xəsarətləri.
  • Sadə sarğı taxtasının qoyulması. Xəsarət almış hissələrin hərəkətsizləşdirilməsi. 
  • Xəsarət almış şəxsin və ya xəstənin xəstəxanaya çatdırılması
  • Müxtəlif növ sarğıların tətbiq edilməsi
  • İlan, həşərat və heyvan dişləmələri
  • Tibbi yardım ardıcıllığının müəyyənləşdirilməsi
  • Fövqəladə halda rabitə və tibbi personalın təşkili
  • Spesifik iş yeri riskləri
  • Sadə qeydiyyatın aparılması.
  • Praktik məşğələ (Avtomatlaşdırılmış xarici defibliator da daxil olmaqla, süni nəfəsvermə)
  • Nəzəri qiymətləndirmə
  • Praktik qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim