2382-18 Britaniya Elektrik Qayda və Təlimatları 18-ci nəşr

Bu təlimdə elektrik qurğularının təhlükəsizliyinə dair Qoruma tələbləri, elektrik qurğuları üçün avadanlıqların seçilməsinə və quraşdırılmasına dair tələblər, elektrik qurğuların yoxlanılması və sınaqdan keçirilməsi, BS 7671 standartında müəyyən edilmiş xüsusi qurğular və ya yerlər və s. barədə məlumatlar veriləcəkdir.

Elektrik sistemlərinin layihələndirilməsi, quraşdırılması və ya texniki xidməti üçün cavabdeh olan şəxslər üçün 5 günlük təlim kursu. Bu kurs, elektrik sahəsində təhsili olan Elektrik mühəndisləri, Elektrotexniklər, Elektrik sistemlərinin layihəçiləri üçün nəzərdə tutulub və İET Elektrik sxemləri üzrə qaydalara (18-ci buraxılış) uyğun müəyyən ixtisas almağa kömək edir.

      

Kursun məzmunu:

  • Tətbiq sahəsi və əsas prinsipləri
  • Təriflər
  • Ümumi xüsusiyyətlərin qiymətləndirilməsi
  • Təhlükəsizlik naminə qoruma
  • İfrat cərəyana qarşı qoruma
  • Gərginliyin qəfil dəyişməsi və elektromaqnit maneələrə qarşı qoruma
  • Avadanlıqların seçilməsi və quraşdırılması
  • Qoruma, izolyasiya, keçid, nəzarət və monitorinq
  • Torpaqlama sistemi və qoruyucu keçiricilər
  • Təhlükəsizlik sistemləri
  • İspeksiya və sınaq
  • Xüsusi qurğular və yerlər (zonalar)

Qeydiyyat formu

Daha çox təlim