Hidravlikaya giriş

Bir çox sənaye sistemlərində güc mənbəyi kimi pnevmatiklər istifadə olunur; lakin daha ağır yüklər və qüvvə lazım olduqda hidravlik sistemlər istifadə olunur. İki sistem arasında bir çox oxşarlıqlar olsa da, hidravlik sistem iş prinsipləri, avadanlıqlar və dövrələrin layihələndirilməsi, təhlükəsizlik məsələləri, əsas texniki xidmət və nasazlıqların aşkar edilməsi üsulları baxımından özünəməxsus xüsusiyyətlərə malikdir.

Hidravlik təlim üzrə bu üç günlük intensiv kurs, qısa müddət ərzində hidravlik gücün əsasları haqqında ilkin məlumatlar almaq və ya öz biliklərini yeniləmək istəyənlər üçün idealdır. Kurs baza və orta səviyyəli mövzulardan ibarətdir: nəzəriyyə və düsturlar, filtrasiya, klapanlar, nasoslar, təzyiqə nəzarət, dövrələr və sxemlər.

Kursun məzmunu sifarişçinin tələblərinə uyğun olaraq dəyişdirilə bilər.

KURSUN MƏZMUNU:

  • Hidravlikanın əsas prinsipləri
    • Hidravlik sistem necə işləyir
    • Sənayedə hidravlik işarələr
    • Nasoslar
    • Nasosların əsas növləri
    • Nasosların iş prinsipləri
    • Hidravlik klapanlar
  • Klapanların əsas növləri
    • Təzyiq tənzimləmə klapanları
    • Qoruyucu klapanlar
    • Sadə qoruyucu klapanlar (birbaşa işləyən)
    • Təzyiq salan klapanlar
    • Sərfə nəzarət edən klapanlar
    • Sadə məhdudlaşdırıcılar (drossel klapanları)
  • Klapanın iş prinsipi
  • Sərfə (axına) nəzarət etmə üsulları
    • Girişdə axına nəzarət
    • Çıxışda axına nəzarət
    • Köməkçi xətt üzrə axına nəzarət
  • İstiqaməti idarə edən klapanlar (iik)
    • Porşen tipli iik
    • Porşenin mərkəzi vəziyyətləri
    • Böyük axın gücünə malik iik
  • Əks klapanlar
    • Sadə əks klapan
    • İdarə olunan əks klapan
  • Ardıcıllıq klapanları
  • Boşaltma klapanı (akkumulyator doldurma klapanı)
  • Klapanın işləməsi
    • Klapanın işləməsi (endirmə)
    • Klapanın işləməsi (qaldırma)
    • Klapanın işləməsi (saxlama)
  • Hidravlik mayelər
    • Mayenin təsnifatı
    • Hidravlik mayelərin xüsusiyyətləri
    • Özlülük
    • Özlülük indeksi
    • Özlülük - təzyiqin xarakteristikası
    • Hidravlik rezervuar (çən)
    • Rezervuarın (çənin) quruluşu
    • Rezervuarın ölçüsünün müəyyən edilməsi
    • Filtrlər və filtrasiya (süzmə)
    • Çirklənmə
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim