Klapanlara giriş

Texnoloji proseslərdə istifadə edilən, ən çox yayılmış mexaniki cihaz klapandır. Boru sistemlərində mayelərin və qazların axmasına nəzarət etmək üçün klapanlar istifadə olunur.

Klapanlar müxtəlif formalarda, ölçülərdə və növlərdə olur. Bunun səbəbi, onların istifadə edildiyi texnoloji sistemlərin də çox müxtəlif olmasıdır (müxtəlif məhsullar, təzyiq və temperatur diapazonları).
Bu kurs əsasən mexaniki klapanların müəyyən edilməsi, istismarı və texniki xidmətinə (təmirinə) dair mexanikanın müxtəlif nəzəri anlayışlarını və praktiki bacarıqları əhatə edir.

Kursun iştirakçıları aşağıdakıları öyrənəcəklər:

  • Həm texnoloji-montaj sxemlərində (P&ID), həm də emalatxanada, texnoloji proses/istehsal qurğusunda klapanı yoxlamaqla müxtəlif növ klapanları anlamaq və müəyyən etmək
  • Müxtəlif klapanların mexaniki iş prinsiplərini anlayıb izah edə bilmək
  • Sadalanan klapanların mexaniki iş prinsiplərini anlayıb izah etmək. Bura mexaniki dayaqlar, oturacaqlar və kipləşdiricilər, hərəkət və ötürücü sistemlər və yağlama sistemləri daxildir
  • Hər klapan növünün düzgün tətbiqini başa düşmək və izah etmək
  • Klapanların hissələrini müəyyənləşdirmək və onların təyinatını izah etmək
  • Əsas klapan növləri üzrə əsaslı operativ (on-line) texniki xidməti müəyyənləşdirmək və həyata keçirmək

KURSUN MƏZMUNU:

  • Giriş
  • Klapanlara giriş
  • Klapanların təsnifatı
  • Klapan növləri
  • Sürgülü klapanlar 
  • Əl ötürücüləri 
  • Elektrik ötürücüsüləri
  • Pnevmatik ötürücü
  • Hidravlik ötürücü
  • Solenoid ötürücü
  • Mövqe qurucu mexanizmlər  
  • Yerində idarəetmə 
  • Uzaqdan idarəetmə 
  • Klapanın avtomatik işləməsi 
  • Klapana texniki xidmət 
  • Klapanlarla bağlı təhlükələr
  • Texniki xidmətlə bağlı ümumi təlimatlar
  • Klapan diskini və oturacaqlarını cilalamaq
  • Klapanın şpindelinin kipləşdiricisi 
  • Klapanın germetikliyinin sınaqdan keçirilməsi (sızma testi)  
  • Klapanın yağlanması 
  • Klapanların müəyyən edilməsi (simvolları) 
  • Klapanın növünün seçilməsi 
  • Klapanların materialları 
  • Klapanın açıq / bağlı vəziyyətdə plomblanması
  • Klapanların plomblanma proqramı 
  • Klapanı kilidləmək (bərkitmək) üçün niyə qıfıl-zəncir əvəzinə plomb istifadə olunur?
  • Qrup şəklində kilidləmə 
  • Klapanın bloklanması sistemi 
  • İş mühitini dəyişmək üçün klapanın bloklanması sisteminin tətbiq olunması 
  • Sistemin açarları 
  • Texniki xidmət məqsədilə qoruyucu klapanın təhlükəsiz tərzdə təcrid edilməsi 
  • Klapanların bloklanması sisteminin kateqoriyaları  
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim