Klapanların yağlanması

Klapanların yağlanması və kipləşdirilməsi hasilat quyularının ağzı, yığıcı sistemlər, emal zavodları, boru kəmərləri, anbarlar və paylama sistemləri kimi sənaye sahələrində daha vacib işə çevrilməkdədir. Quru qazda yağlama materialının olmaması səbəbindən və hasilat quyularının ağzında qum-zibil olması səbəbindən belə sahələrdə klapanların mühüm kipləşdirici səthlərinin zədələnmə riski artır.

Klapanın yağlanması və kipləşdirilməsi klapanların səmərəli istismar proqramının vacib elementidir. Bu təlim kursu klapanların yağlanmasına dair praktiki və nəzəri bilikləri çatdırmaq üçün keçilir.

Bu təlim texnoloji qurğuların operatorları, mexaniki xidmət işçiləri və mühəndis heyəti üçün nəzərdə tutulmuşdur.

Kursun məzmunu:

İştirakçılar:

  • fərqli klapanların və onların komponentlərinin yağlanmasını təhlükəsiz tərzdə icra etməyi anlayacaq və izah edə biləcək;
  • əsas klapan yağlarının növlərini və tətbiq sahələrini müəyyənləşdirə və izah edə biləcək;
  • yağın vurulması avadanlıqlarını və onlarla əlaqəli təhlükələri müəyyənləşdirə və izah edə biləcək;
  • klapan növlərinə uyğun onların yağlanması prosedurlarını başa düşə və izah edə biləcək;
  • klapanların yağlanması üçün yağlama avadanlıqlarını və yağları düzgün istifadə edə biləcək;
  • Təhlükəsiz iş qaydaları
  • Klapanlar üçün sürtkü yağlarının növləri
  • Klapan yağlama avadanlığı
  • Klapan yağlama prosedurları
  • Praktik məşğələlər

Qeydiyyat formu

Daha çox təlim