Mexaniki kipləşdirməyə giriş

Mexaniki kipləşdirmə tutum (nasos, qarışdırıcılar və s.) içərisində mayeni saxlamaq üçün istifadə edilən bir cihazdır; nasosun valını təcrid edərək sızmanın qarşısını alır, eyni zamanda onun fırlanmasına imkan yaradır. O əsasən cihaz içərisində hər hansı formada sızmanı dayandırmaq üçün istifadə olunur. Mexaniki kipləşdirmə bir neçə müxtəlif növ komponentdən ibarət ola bilər, bunlardan bəziləri – hərəkətsiz üzük, manjet, silfon, əsas lövhə və fırlanan üzük. Mexaniki kipləşdirmələrdən qapalı sistemlərdə geniş istifadə olunur. Mexaniki kipləşdirmələr çox vaxt mürəkkəb olur. Mexaniki kipləşdirmələrə texniki xidmət göstərməkdən və ya onlarla işləmədən öncə texniki işçilərin əksəriyyəti mexaniki kipləşdirmələri istismar etmək qaydalarını öyrənməli və ya bu sahədə iş təcrübəsinə malik olmalıdırlar.

Üç günlük mexaniki kipləşdirmə kursu mexaniki kipləşdirmələrin istismarı sahəsində təcrübəsi az olan (və ya heç olmayan) texniki işçilər üçün çox yaxşı bir mənbədir. Bu kursda mexaniki kipləşdirmələrin funksiyaları və müasir praktikada tətbiqi haqqında vacib məlumatlar yer alır.

Kursun məzmunu sifarişçinin tələblərinə uyğun olaraq dəyişdirilə bilər.

KURSUN MƏZMUNU:

  • Kipləşdiricilərin əsasları
    • Giriş
    • Kipgəc qutusu / kipgəc yığımı
  • Mexaniki kipləşdiricilər
    • Giriş
  • Əsas mexaniki kipləşdirici
    • İlkin və hərəkətsiz üzüklərin materialları
    • Kipləşmə nöqtələri
    • Mexaniki kipləşdiricilərin avadanlıqları
    • Mexaniki kipləşdiricilərin kipgəcləri
  • Mexaniki kipləşdiricilərin təsnifatı
  • Mexaniki kipləşdiricilərin quruluşları / konfiqurasiyaları
    • tək-yaylı və ya çox-yaylı quruluş
    • itələyici və ya hərəkətsiz ikinci kipləşdiricili quruluş
    • balanssız və ya balanslı kipləşdiricilər
    • fırlanan və ya stasionar elastik element
  • Adi və patron kipləşdiricilər
  • Mexaniki kipləşdiricinin tərtibatı
    • daxildə yerləşən tək kipləşdirici
    • xaricdə yerləşən tək kipləşdirici
  • İkiqat kipləşdiricilər
  • Kip olmayan tərtibat
    • Tandem kipləşdiricilər
    • Üz-üzə kipləşdiricilər
  • Kip tərtibat
    • Arxa-arxaya (cüt) kipləşdiricilər
  • İkinci dərəcəli kipləşdirmə cihazları
  • Kipləşdiricinin yuyulması
  • Kipləşdiricinin soyudulması / havalandırılması / qurudulması
  • Quru qaz kipləşdiricinin əsas prinsipləri
  • Quru qaz kipləşdirici sistemləri
  • Labirint kipləşdiricilər
  • API PLANLARI
  • Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim