Effektiv Təhlükəsizlik Rəhbərliyi

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlara görə hər kəsin təhlükəsiz iş prosedurlarını, qarşılaşa biləcəyi təhlükələri və işi təhlükəsiz yerinə yetirmək və idarə etmək üçün tələbləri bilməsinə hər zaman ehtiyac vardır.

Sağlamlıq və Təhlükəsizlik təlim kursları, neft və qaz, inşaat, kimya, əczaçılıq, qida sənayesi və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. Sağlamlıq və Təhlükəsizlik kateqoriyasına daxil olan təlim kursları: IOSH MS, MIST, ISO 45001 PST İdarəetmə Sistemləri, Hüquqi və Digər Tələblər, Qəza və Hadisələrin Araşdırılması, Hündürlükdə İş, COSHH, Elektrik Təhlükəsizliyi, Sürücülük Təhlükəsizliyi, Radiasiya Təhlükəsizliyi və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

Aşağıdakılar kursun məzmununu əhatə edir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Liderlik Baxışı
  • Aktiv Liderlik
  • SƏTƏM İdarəetmə Sistemlərinin Əsasları
    • Təhlükəsizlik İdarəetmə Sistemlərinin Komponentləri
    • Təhlükəsizlik Mədəniyyəti
    • Təşkilati Rollar, Məsuliyyətlər və Cavabdehliklər
    • Təhlükəsizliyin Dəyəri və Mənfəətə Təsiri
  • İş Yeri Təhlükəsizliyi Təhlili
    • İş Sahəsinin Təhlili və Prosesləri
    • İş Sahəsi Təhlükələri
    • İş Təhlükəsizliyi Təhlili
    • Riskin Qiymətləndirilməsi və Nəzarət
    • Dəyişikliyin İdarəolunması
  • İşçilərin və Digər Maraqlı Tərəflərin Cəlb Edilməsi
    • Podratçıların və Digərlərinin İdarə Edilməsi
  • Hüquqi və Digər Tələblər
  • Davranışa Əsaslanan Təhlükəsizlik
  • Hadisələrin İdarə Edilməsi və Hesabatlar
    • Hadisə/Qəza Təsnifatı və Hesabat
    • Hadisə/Qəzaların Araşdırılması və Tədbirlərin Planlaşdırılması
    • Fövqəladə Hallara Qarşı Hazırlıq
  • Fəaliyyətin Qiymətləndirilməsi
    • Yoxlamalar, Audit, Özünü Verifikasiya və s
    • Uyğunluq Yanaşması yoxsa Öhdəlik Yanaşması
    • Təsəvvür Edilən İş yoxsa Tamamlanmış İş
  • Təhlükəsizlik Təliminin Təmin Edilməsi
    • Səriştəlilik
    • Təlim Ehtiyaclarının Təhlili
    • Təlimdən Sonrakı Qiymətləndirmə
    • Təlimdən Sonrakı İstiqamət
  • SƏTƏM Peşəkar Səriştələr Çərçivəsi
  • Qiymətləndirmə

Qeyd: Kurs Təcrübə əsaslıdır, Təlimçi hər bir mövzu üzrə müzakirələr açır və təlimat/izahatlara əsasən iştirakçılara düzgün həll yollarını tapmağa istiqamət verir.

Qeydiyyat formu

Daha çox təlim