Dəmirbənd (Səviyyə 1-Köməkçi)

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.

“Sənaye Xidmətləri” təlim kursları, neft və qaz, inşaat, kimya, gəmiqayırma və s. daxil olmaqla, müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Sənaye Xidmətləri” kateqoriyasına daxil olan təlim kursları, Hündürlük İşləri, Qumlama və Boyama və digər sənaye xidmətləri ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. Sənaye Xidmətləri təlim kurslarına Sənaye Alpinizmi Səviyyə 1-2-3, Dəmirbəndçi Səviyyə 1-2-3, Qumlama və Boyama, Təzyiq Testi, Təzyiqlə Yuma və s. daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

KURSUN MƏZMUNU:

  • Giriş
  • Ümumi öhdəliklər
  • Əsas dəmirbənd terminləri (tərkib hissələri və tətbiq)
  • Avadanlıqlara (boru,birləşdirici hissələr, lövhələr) xidmətgöstərilməsi
  • Lövhələr və anbar-keyfiyyətə nəzarət
  • Sağlamlıq, rifah, gigiyena və səliqə-sahman
  • Elektrik təhlükəsizliyi
  • Yanğından mühafizə və nəzarət
  • Səs-küy və titrəyiş
  • Hündürlükdə iş
  • Qəzanın qarşısının alınması və bu barədə məruzəetmə
  • Sürüşmə, büdrəmə və yıxılma
  • Sahədə nəqliyyatın təhlükəsizliyi
  • Avadanlıqlar və alətlər
  • Əllə yükdaşıma (yükləmə və boşaltma daxil olmaqla)
  • Kəndir və çarxlardan istifadə etməklə avadanlığın qaldırılması
  • Praktik məşğələ
  • Nəzəri qiymətləndirmə
  • Praktik qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim