TCS-IVQ Level 2, 3 | Elektrik Texniki (İlkin Səviyyə)

Peşə Təhsili çeşidli tədris növlərindən biri olub, məqsədi az təcrübəli və ya təcrübəsiz işçilərdə geniş peşə sahələri üzrə tələb olan bacarıqları inkişaf etdirməkdir.

TCS müxtəlif sənaye sektorlarında texniki cəhətdən səriştəli kadrlara olan artan tələbatı qarşılamaq üçün Peşə Təhsili  çərçivəsində Beynəlxalq Peşə Proqramlarını  təqdim edir. Bu proqramlar texniki peşə təhsilinə oxşar olsa da, qısamüddətli peşə kursları şəklində hazırlanmışdır.

Hər hansı bir sahə üzrə peşə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərə TCS tərəfindən Azərbaycan Respublikasının daxilində və xaricində rəsmi olaraq tanınan beynəlxalq sertifikatlar və tövsiyə məktubları veriləcəkdir.

Elektrik üzrə tədris proqramı TCS tərəfindən normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında həm yerli, həm də beynəlxalq standartlara cavab verən prosedurlara istinadən hazırlanmışdır və yüksək gərginlikli sənaye texnikaları və paylayıcı lövhələrdəki elektrik işlərinin təhlükəsiz iş sistemlərinə uyğun həyata keçirilməsi daxil olmaqla YG və AG avandanlıqlarının istifadəsində nəzəri sessiyalar və praktiki qiymətləndirmə ilə təmin olunmuşdur.

Tədris prosesi həm nəzəri, həm də praktik şəkildə davam edir və praktiki hissə tədris prosesinin 50-80%-ni əhatə edir.

Kursun ətraflı təsviri aşağıdakı kimidir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Ümumi elektrik təhlükəsizlik qaydaları 
  • Sabit və dəyişən cərəyan (AC və DC ) haqqında informasiya
  • Batareyalar
  • Müqavimət və elektrik dövrələri (Om qanunu)
  • Test ölçü avadanlıqları
  • Gərginlik və cərəyan transformatorları
  • AC və DC motorların əsasları
  • Elektrik kabelləri və kabel qurğuları
  • Telefon kabelləri və məftillər
  • Lugs (papışlar / damar ucluqları)
  • İşıqlandırma sistemləri 
  • Avtomatik açarlar 
  • Kontaktorlar (maqnitopuskatellər)
  • Qoruyucular
  • Rozetkalar və vilkalar
  • Elektrik qızdırıcısı və termik kontrol qurğusu
  • Avtomat üçün qutular 
  • Kabellərin və məftillərin montajı 
  • Borularla məftillərin gizlədilmiş çəkilişi
  • Elektrik açarlarının montajı
  • Paylayıcı qutuların montajı 
  • Torpaqlama
  • Naqillərin qoşulması üçün təməl biliklər   
  • Çıraqların quraşdırılması və normadaxili işıqlanma səviyyəsi
  • Kabel kanalları
  • İki yönlü aralıq açarları
  • Elektrik qızdırıcısı və termik sistemlərin nasazlıqlarının araşdırılması
  • Rozetka və işıqlandırma sistemlərinin nasazlıqlarının araşdırılması
  • Nəzəri qiymətləndirmə
  • Praktiki məşğələlər
  • Praktiki qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim