TCS-IVQ Level 2 | Polietilen Boru Qaynağı

Peşə Təhsili çeşidli tədris növlərindən biri olub, məqsədi az təcrübəli və ya təcrübəsiz işçilərdə geniş peşə sahələri üzrə tələb olan bacarıqları inkişaf etdirməkdir.

TCS müxtəlif sənaye sektorlarında texniki cəhətdən səriştəli kadrlara olan artan tələbatı qarşılamaq üçün Peşə Təhsili  çərçivəsində Beynəlxalq Peşə Proqramlarını  təqdim edir. Bu proqramlar texniki peşə təhsilinə oxşar olsa da, qısamüddətli peşə kursları şəklində hazırlanmışdır.

Hər hansı bir sahə üzrə peşə proqramını müvəffəqiyyətlə başa vuran namizədlərə TCS tərəfindən Azərbaycan Respublikasının daxilində və xaricində rəsmi olaraq tanınan beynəlxalq sertifikatlar və tövsiyə məktubları veriləcəkdir.

TCS IVQ proqramı normativ sənədlər və üstün sənaye təcrübəsinə istinadən həm yerli, həm də beynəlxalq tələblərə cavab verən standartlar əsasında hazırlanmışdır. Bu proqram Azərbaycanda və Beynəlxalq bazarda müxtlif sənaye sektorlarında çalışmaq arzusunda olanlar üçün nəzərdə tutulub.

Tədris prosesi həm nəzəri, həm də praktik şəkildə davam edir və praktiki hissə tədris prosesinin 50-80%-ni əhatə edir.

Kursun ətraflı təsviri aşağıdakı kimidir:

KURSUN MƏZMUNU:

  • Giriş
  • Polietilen boruların qaynaq üsulları
  • Uc-uca qaynaq aparatının iş prinsipi
  • Polietilen boruların qaynağı zamanı yardımçı avadanlıqlar
  • Qaynaq aparatının hazırlanması
  • Uc-uca qaynaq işlərində proses ardıcıllığı
  • Uc-uca qaynaq texnologiyasının fazaları
  • Uc-uca qaynaq prosesinin rejimləri və parametrləri
  • Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət
  • Elektrofuzion qaynaq üsulunun əsas prinsipləri
  • Elekrofuzion qaynağa hazırlıq işləri
  • Elektrofuzion qaynaq aparatından istifadə
  • Polietilen boruların qaynağı zamanı təhlükəsizlik qaydaları
  • Praktik məşğələ
  • Nəzəri qiymətləndirmə
  • Praktik qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim