Elektrik Körpülü Kranlar üzrə Operator

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.

“Sənaye Texnikaları Operatoru” təlim kursları, neft və qaz, tikinti, kimya, gəmiqayırma və s. daxil olmaqla, müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Sənaye Texnikaları Operatoru” kateqoriyasına daxil olan təlim kursları müxtəlif qaldırıcı maşınlarının istismarı ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. AITT tərəfindən akkreditə olunmuş operator kurslarına Çəngəlli Yükləyici, Teleskopik Çəngəlli Yükqaldıran, Körpülü Kran, Avto-Yükləyici və bir çox digər sənaye texnikaları daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

KURSUN MƏZMUNU:

  • Giriş
  • Qanunvericilik: LOLER
  • Vəzifə və Məsuliyyətlər
  • Yükqaldırma Aksesuarları və Avadanlıqları
  • Kommunikasiya
  • Yüklərin qoşqu nöqtələri
  • Yüklərin Çəkisinin Hesablanması
  • Yüklərin İlməklənməsi
  • Körpülü Kranlar
  • Praktik Məşğələ
  • Nəzəri Qiymətləndirmə
  • Praktik Qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim