Ofşor Kran Operatoru – Səviyyə 2

TCS təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

TCS Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır.

Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir.

“Sənaye Texnikaları Operatoru” təlim kursları, neft və qaz, tikinti, kimya, gəmiqayırma və s. daxil olmaqla, müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Sənaye Texnikaları Operatoru” kateqoriyasına daxil olan təlim kursları müxtəlif qaldırıcı maşınlarının istismarı ilə məşğul olan işçilərə fərqli bacarıq və səriştələr təqdim edir. AITT tərəfindən akkreditə olunmuş operator kurslarına Çəngəlli Yükləyici, Teleskopik Çəngəlli Yükqaldıran, Körpülü Kran, Avto-Yükləyici və bir çox digər sənaye texnikaları daxildir.

Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib  edilə bilər.

İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli  sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər.

KURSUN MƏZMUNU:

  • Giriş
  • Gündəlik texniki qulluq
  • İşə başlamazdan öncəki yoxlamalar
  • Kranın təhlükəsizlik sistemlərinin və cihazlarının quraşdırılması
  • Fövqəladə hallarda idarəetmə üsulları
  • Maşın haqqında bilgili olmaq: kran əməliyyatı üçün təhlükəsiz iş sahəsi
  • Siqnalçı ilə işləmə qabiliyyəti
  • Radio ilə işləmə üsulları
  • Krana müntəzəm texniki qulluq göstərilməsi
  • İstifadə öncəsi yoxlamalar və təftiş
  • Əməliyyatın idarə edilməsi
  • Kranı idarəetmə qabiliyyəti və təhlükəsiz əməliyyatlara münasibət
  • Kranın yük cədvəli və təhlükəsizlik avadanlıqları
  • Yüklərin ilməklənməsi və qoşma ləvazimatlarından istifadə
  • SƏTƏMM prosesləri, müvafiq qanunvericilik və təsdiqlənmiş qayda və normalar haqqında məlumatlı olmaq
  • İTQ (İşin Təhlükəsizliyinin Qiymətləndirilməsi) barədə məlumatlı olmaq
  • Praktik məşğələ
  • Nəzəri qiymətləndirmə
  • Praktik qiymətləndirmə

Qeydiyyat formu

Daha çox təlim