SSPC PCI 3-cü Səviyyəli “Protective Coating Inspector” Proqramı

Hazırkı 3-ci səviyyəli “Qoruyucu Örtüklər üzrə Müfəttiş” proqramı qoruyucu örtüklərin təftiş olunması sahəsində olan nəzəri və əməli biliklərin əldə etmiş şəxslərin attestasiya edilməsinə imkan verir. 3-ci səviyyəli “Qoruyucu Örtüklər üzrə Müfəttiş” proqramı üzrə attestasiya qoruyucu örtüklər üzrə müfəttişlərin peşəkar səviyyəsini qiymətləndirir və qoruyucu örtüklər sənayesindəki standartların səviyyəsini qaldırır.

3-ci səviyyəli “Qoruyucu Örtüklər üzrə Müfəttiş” proqramı üzrə attestasiya aşağıdakı biliklərə yiyələnməsinə imkan verir:

  • Sənaye örtükləri üzrə müfəttişin ümumi vəzifə borcu, məsuliyyəti və funksiyasının öyrənməsi
  • Örtmə üzrə layihədə örtüklərin istehsalçısı funksiyasının anlaması
  • Örtüklər üzrə müfəttişin səlahiyyətinin təsvir edilməsi
  • Səliqəli sənədləşmənin vacibliyini izah edilməsi
  • Keyfiyyətin təminatı və keyfiyyətin nəzarəti və habelə keyfiyyətin təminatı və keyfiyyətin nəzarəti heyətinin ümumi vəzifə borcu arasında olan fərqi müəyyən edilməsi
  • İşqabağı və yaxud tikintiqabağı yığıncağın məqsəd və məzmununun təsvir edilməsi
  • Müfəttişlərin əxlaqı vacibliyinin izah edlilməsi
  • Tammiqyaslı quraşdırılmaqdan əvvəlki örtmə xüsusiyyətlərinin qiymətləndirməsində istifadə olunan üsulların təsvir edilməsi
  • Örtmə üzrə layihə və habelə qazotermik, toz və ikiqat örtmə layihələrində olan örtmə təftiş olunmasının həyata keçirilməsi üzrə xüsusi nöqteyi-nəzərlərin izah edilməsi
  • Təftişin örtüyün vaxtsız sıradan çıxmasının qarşısı alınmasına necə kömək etməyinin təsvir edilməsi
  • Örtüyün təftiş edilməsi ilə əlaqədər olan potensial risklərin sadalanması
  • Təftiş plan/ardıcıllığının hazırlanması

   

Qeydiyyat formu

Daha çox təlim