"RMP" ilə Əməkdaşlığımız!

"RMP" ilə Əməkdaşlığımız!

RMP Nədir?
RMP (Risk Menecment Peşəkarları) – Müxtəlif sahələri əhatə edən risklərin qiymətləndirilməsi və idarə edilməsində mütəxəssis olan şəxsləri bir araya toplayaraq ölkəmizdəki sağlamlıq, təhlükəsizlik və ekoloji ənənələri inkişaf etdirməyi hədəf seçən birlikdir.
Birliyin əsas məqsədi sahibkarlığın inkişafı üçün Sağlamlıq, Əməyin Təşkili və Mühafizəsi, Ətraf Mühit, Keyfiyyət, biznesin idarə olunması və digər sahələrdə risklərin idarə olunmasına dəstək olmaq üçün bu sahələrdə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirməkdir.

TCS və RMP birliyi ilə olan birgə layihələr:

1-ci İllik SƏTƏM Konfransı 2019
24 Aprel 2019-cu il tarixində TCS-RMP tərəfindən 1-ci illik SƏTƏM Konfransı\ Bakı uğurla başa çatdı!
Bu tədbirdə beynəlxalq səviyyəli 200-dən çox yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.
Konfransda əsasən SƏTƏM, Risklərin İdarə Edilməsi, Səriştəlilik, Əqli Sağlamlıq, SƏTƏM üçün Yerli və Beynəlxalq Tələblər və s. vacib məsələlər müzakirə olundu.
Sözü gedən konfrans “Peşə Sağlamlığı”, “Əldə Olunan Təcrübələr və Yeniliklər”, “SƏTƏM Planlaşdırılması” və “Sənayedə Əməyin Təhlükəsizliyi” başlıqları olaraq 4 panel şəklində qonaqlara təqdim edildi.
Konfrans sonunda iştirak edən qonaqlara RMP birliyi tərəfindən simvolik hədiyyələr təqdim olundu.
Qeyd edək ki, Konfransın baş sponsoru və RMP birliyinin “Korporativ Tərəfdaşı” olan TCS (Accredited Learning Provider & Engineering Solutions) şirkətidir.

Konfransın video görüntüsü:

Konfransda Qonaq olaraq İştirak edən Bəzi Şirkətlər

RMP Forum – “Risk Management” | 15 Fevral 2020