Ətraf mühitin qorunması nəyi tələb edir?

Ətraf mühitin qorunması nəyi tələb edir?

01 Nov 2021

Bu gün insanların 40 %-dən çoxu ekoloji çirklənmənin ciddi dərəcədə olmadığını düşünür, 65 %-dən çoxu ekoloji zərərli məhsullardan istifadə edir və bunu normal qarşılayır, 70 %-dən çoxu ətraf mühütü qoruma işarələrini oxuya bilsə də buna
diqqət yetirmir, 80 %-dən çoxu isə müxtəlif tullantıları eyni zibil qutusuna atır.

Bəs bu münasibətin səbəbi nədir?

Ətraf mühütə vuduğumuz ziyanın əks təsirlərinin dərhal deyil, daha uzun vədədə özünü göstərməsi cəmiyyətin ətraf mühütə diqqətsizliyinə, gələcəyi nəzərə almadan təbiətdən istifadə etməsinə səbəb olur. Məhz buna görədir ki, insanlar gündəlik
fəaliyyətlərini planlaşdırarkən təbiətə vurulan ziyanı nəzərə almırlar. Nəticədə mühüt getdikcə çirklənir, təbii qaynaqlar sürətlə tükənir. Uzun illər ərzində həll olunmamış ekoloji problemlər üst-üstə yığılıb daha ciddi problemlərə yol açır. Bu məqamda insanların, xüsusən də müəssisələrin işlərini ekoloji standardlara uyğun şəkildə qurmasına, çirklənmənin minimuma endirilməsi ilə bağlı maarifləndirilməyə, torpaq itkisi, sənaye və məişət tullantılarının utilizasiyası, suların zərərli tullantılarla yarasız hala salınması və hövzələrdə biomüxtəlifliyin azalması və havanın çirklənməsinin qarşısının alınması və mövcud durumun qorunması üçün fərdi davranışlara yiyələnməsinə tələb yaranır.

Mövcud vəziyyət ətraf mühütün mühafizəsi məsələsinin beynəlxalq təşkilatların müzakirəyə çıxarmasına səbəb olur və beynəlxalq səviyyədə ekoloji strategiyanın müəyyənləşdirilməsinə gətirib çıxarır. Ətraf mühütün mühafizəsi ekoloji hüquq
normalarına, qanunvericilik tələblərinə uyğun şəkildə və beynəlxalq, regional və milli səviyyədə aparılmalı, insan həyatı və sağlamlığın mühafizəsi mütləq şəkildə nəzərə alınmalıdır. Cəmiyyətin ətraf mühütlə qarşılıqlı təsiri zamanı kortəbii
davranışını dəyişib insanları təbiətdən şüurlu şəkildə yararlanmağa istiqamətləndirmək əsas məqsəd olmalıdır.

Ətraf mühütlə bağlı verilən məlumatların məqsədi təbiəti və təbii resursları qorumaq olmalıdır. Verilən ekoloji biliklər insanların davranışına da müsbət təsir göstərilməlidir. Düzgün mariflənən insanlar ətraf mühüt problemlərinin həllində
aktiv mövqe tutaraq gələcək nəsillər üçün ekoloji təmiz bir mühüt yaratmış olar.