Kənd təsərrüfatında SƏTƏM qaydalarına riayət edilirmi?!

Kənd təsərrüfatında SƏTƏM qaydalarına riayət edilirmi?!

22 Oct 2021

Kənd təsərrüfatı statistik göstəricilərə görə ən təhlükəli sahələr sırasında yer tutur. İş zamanı çalışanların çoxunun kimyəvi, bioloji, mexaniki, fiziki və digər təhlükələrə məruz qaldıqları müşaiyət olunur.

Heyvanlardan yoluxan infeksiyalar və digər əlaqəli təhlükələr, taxıl qabları və silos, pestisidlər və digər kimyəvi maddələr, təhlükəli avadanlıq və maşınlar, hündürlük, səs-küy, gigiyenik olmayan iş şəraiti, nəqliyyat vasitələrinin təhlükələri və s. kənd təsərrüfatında qeyd oluna biləcək ən mühüm təhlükələr sırasındadır.
Bu cür təhlükələrə kənd təsərrüfatı ilə məşğul olan insanlarla yanaşı oranı ziyarət edənlər də məruz qalır.

Bu kimi təhlükələrdən necə qorunmaq lazımdır?! Kənd təsərrüfatında SƏTƏM qaydalarına riayət edilirmi?!

Əslində dünyanın bir çox ölkələrində kənd təsərrüfatı sahələrindəki risklər qiymətləndirilmədiyindən bu sahədə ciddi problemlər yaranır.

Belə ki, kənd təsərrüfatında istifadə olunan texnikaların və qurğuların işə uyğunluğu və yararlılığı, onları idarə edən və texniki qulluq göstərən işçilərin məlumatlığını artırmaqla texniki sahələrdəki riskləri ciddi şəkildə azaltmaq olar.

Heyvanlarla aparılan işlər zamanı gigiyena və baytarlıq qaydalarına riayət olunması, eləcə də əkin-biçin sahələrinin becərilməsi zamanı istifadə olunan kimyəvi maddələrin təhlükələrini araşdırmaq və onlardan düzgün istifadə qaydaları ilə bağlı məlumatlanmaq bu sahədə təhlükəsizliyin inkişafına güclü təsir göstərə bilər.