Sənaye sahələrində kadr çatışmazlığı?!

Sənaye sahələrində kadr çatışmazlığı?!

22 Oct 2021

İşsizliyin çox olmasına baxmayaraq, bir çox sənaye sahələrində kadr çatışmazlığı ilə üzləşirik. Müasir tələblərə uyğun hazırlıqlı texniki işçi qüvvəsinin olmaması daxili resusrsların çatışmazlığına və dolayısıyla işsizliyə səbəb olur. Bir çox layihələrin həyata keçirilməsində işçi qüvvəsi ölkə xairicindən təmin olunur.

Bunun başlıca səbəblərindən biri iş axtaran kütlənin müasir tələbləri bilməməsi, standartlara cavab verməməsidir. Bu səbəblərdən istehsal və sənaye sahələri də hazırlıqlı kadr tapmaqda problemlər yaşayır. Nəticədə həm işsizlik, həm də kadr çatışmazlığı ilə eyni anda üzləşirik.

Ölkəmizdə çoxlu beynəlxalq şirkətlər fəaliyyət göstərir, zavodlar, fabriklər tikilir, yeni sənaye sahələri inkişaf edir. Bu iş yerlərində son texnologiyalar, müasir tələblərə cavab verən avadanlıqlar tətbiq olunur ki, bu avadanlıqlardan istifadə edə bilmək üçün sahə mütəxəssislərinin hazırlanmasına ehtiyac yaranır.

Qaynaqçı, dəmirbəndçi, konstruksiya və boru montajçısı, çilingər, boyaçı, kran operatoru, sənaye texnikaları üzrə operator, inspektor, mexanik, elektrik və s. peşələri buna misal göstərmək olar. Gənc nəslin bu peşələri öyrənməyə yönəlməsi peşəkar işçi qüvvəsinin yaranmasına və iqtisadiyyatın inkişafına gətirib çıxara bilər.

Bütün bu məsələləri nəzərə alan TCS müasir standartlara cavab verən IVQ proqramını təsis etdi və bu proqram sırf sənayedə olan işsizlik və mütəxəssis çatışmazlığını nəzərə alaraq yaradıldı.

IVQ proqramı ilə tanış olun:

https://tcsgl.com/1/index.php/az/category/telim-tedris/1-craft-academy-ivq-telim-tedris/