Qazma işlərində təhlükələr ?!

Qazma işlərində təhlükələr ?!

22 Окт 2021

Bütün sahələrdə olduğu kimi Neft-Qaz sahəsində də təhlükələr mövcudur. Bu sahə risklərinin qiymətləndirilməsinin ən yüksək yerlərdən birində olması heç də təsadüfi deyil.

Statistik göstəriciyə əsasən son illər ölkəmizdə bədbəxt hadisələrin sayı artmış və onlarla insan həyatını itirmişdir. Ölüm hallarının sayı artan sahələrdə isə təəssüf ki, Neft-Qaz sahəsi ön sıralarda yer alır. Araşdırmalar göstərir ki, son illərdə kütləvi ölümlə nəticələnən hadisələrin səbəbləri qabaqcadan görülüb aradan qaldırıla bilərdi və təəssüf ki, hadisə baş verdikdən sonra bu məlumatlar yalnız onların gələcəkdə bir daha təkrarlanmasının qarşısını almaq üçün yararlı ola bilir.

Risklərin düzgün qiymətləndirilməməsi, qazma işləri zamanı sütunların, boruların zədələnməsi və ya tamamilə sıradan çıxması insan həyatına, ətraf mühitə və eləcə də şirkətə külli miqdarda maddi zərər yetirmiş olur. Ona görə də Neft-Qaz sənayesində xüsusən də qazma işləri zamanı təhlükələrin yarada biləcəyi xəsarət və qəzaların qarşısının alınması üçün uyğun sistemlərin qurulması və lazımi yoxlamaların aparılması zəruridir.

Mövcud sistemlərin inkişafı və müasir standartların tələblərinə uyğun avadanlıqların istifadəsi və diaqnostika sınaq işlərinin aparılması bu sahədə görülməsi vacib olan işlər sırasındadır.

Belə ki, avadanlıqların lazımi intervalda yoxlanmaması və yararsızlığının müəyyən edilməməsi qazma prosesində baş verə biləcək bədbəxt hadisələrə şərait yaradır.

Bədbəxt hadisələrinin qarşısının vaxtında alınması insan həyatının, avadanlıqların və ətraf mühitin yerli, regional və qlobal miqyasda təhlükəsizliyini təmin etmiş olur.